Avropa Komissiyasının baş katibliyi Kiyevdə keçiriləcək iki günlük sammit zamanı Avropa İttifaqı siyasətçilərinə adi işgüzar geyimdə olmağı tövsiyə edib. Diplomatlardan yaşıl və ya parlaq rəngli, eləcə də xaki rəngli paltarlar geyinməmək istənilib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Politico” qəzeti AK-nin daxili sənədinə istinadən məlumat yayıb.
“Politico” qeyd edir ki, yaşıl hərbi köynək Rusiya ilə hərbi münaqişə zamanı Ukrayna Prezidenti Vladimir Zelenskinin formasına çevrilib. AK yaşıl və parlaq rənglərdə, eləcə də xaki rəngdə olan geyimlərin qadağan edilməsinin səbəblərinin dərc olunmasına münasibət bildirməyib.
Sənəddə, həmçinin sammit iştirakçılarından bel çantası (rüqzak) ilə səyahət etmələri xahiş olunub. Onlar qeyd ediblər ki, səfərin dəqiq vaxtı və yolu məlum deyil və zərurət yaranarsa, sammit iştirakçıları sammitin rəsmi tədbirlərinə getməyə hazır olmalıdırlar.
Fevralın 2-3-də Kiyevdə ikigünlük Aİ-Ukrayna sammiti keçiriləcək. “Euraktiv”in məlumatına görə, Aİ sammitdə Ukraynanın Aİ-yə sürətləndirilmiş qoşulması ilə bağlı heç bir vəd verməyəcək. Sammit hər il keçirilməli idi, lakin 2022-ci ildə 2023-cü ilin əvvəlinə təxirə salınıb.