• 23 Noyabr 2024 03:14

Azərbaycanda qəribə hadisə: İkidişli uşaq dünyaya gəldi – VİDEO

Azərbaycanda qəribə hadisə:
 
 

Sumqayıtda yeni doğulan körpəni müayinə edən zaman həkimlər maraqlı vəziyyətlə üzləşiblər. Çəkisi 4 kiloqrama yaxın olan qız uşağının 2 dişinin olduğu müəyyən edilib. Həkimlər belə halın nadir olduğunu bildiriblər.

Tacxeber.com xəbər verir ki, hadisə Sumqayıtdakı xəstəxanalardan birində qeydə alınıb.

Bu gün dünyaya gələn qız uşağının boyu 55 sm, çəkisi isə 3 kq 800 qramdır. Körpənin dişləri ilə doğulması isə stomotoloqları da təəccübləndirib. Onlar bunun normal hal olmadığını deyirlər. Buna görə də həkimlər kiçik bir müdaxilə ilə uşağın dişlərini çıxarıblar. Pediatrlar isə belə durumların hər 3-4 min uşaqdan bir rast gəlindiyini bildirirlər.

Hazırda körpənin vəziyyəti normaldır.

Oxşar xəbərlər