• 23 Noyabr 2024 05:14

ABŞ-dan Türkiyə həmləsi: “Rusiyaya qarşı bunu etməsəniz…”

 

Rusiyaya qarşı dəfələrlə sanksiya tətbiq edən ABŞ prosesə qatılmayan Türkiyəyə xəbərdarlıq edib.

Bu barədə “Wall Street Journal” nəşri yazır.

Bildirilir ki, ABŞ administrasiyası Türkiyəyə hava limanlarında ABŞ istehsalı olan Rusiya sərnişin təyyarələrinə xidmət və texniki dəstək göstərməsi ilə bağlı xəbərdarlıq edib.

Rusiya KİV-i RBK həmçinin Türkiyənin əsas hava limanı yer xidmətləri təminatçılarından biri olan “Havaş”ın Rusiya Hava Yollarının ABŞ istehsalı olan təyyarələrinə xidmət göstərməsini dayandıra biləcəyini və bununla bağlı Rusiya şirkətlərinə məktub göndərildiyini bildirib.

ABŞ mediası qeyd edir ki, ABŞ-ın sanksiyalarla bağlı yüksək səviyyəli rəsmisi olan Maliyyə Nazirliyinin müşaviri Brayan Nelson Ankaraya açıq xəbərdarlıqlar edib.

ABŞ Maliyyə Nazirliyində Terror və Maliyyə Kəşfiyyatı Müşaviri vəzifəsində çalışan Nelson Rusiya sanksiyaları gündəmi ilə Türkiyə təmaslarını tamamlayıb. Hökumət rəsmiləri və bank sektorunun nümayəndələri ilə görüşən Nelson, türk şirkətləri və banklarının sanksiya siyahısında yer alan Rusiya qurumları ilə iş apardıqları təqdirdə sanksiya riski ilə üzləşə biləcəkləri barədə məlumatlandırıb.

Qeyd edək ki, Nelson Birləşmiş Ərəb Əmirliklərindən sonra Türkiyəyə səfər edib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər