• 23 Noyabr 2024 02:59

“Rusiya indi tədbir görməsə, Laçın dəhlizini geri qaytara bilməyəcəyik” – İskəndəryan

 

“İndi tədbir görülməsə, geriyə yol olmayacaq”.

Bunu Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyib.

O, Rusiyanın Laçın dəhlizi ilə bağlı səylərindən danışıb.

“Əgər Rusiya hazırda Laçın dəhlizinin “blokada”sına qarşı nəsə etməsə, o zaman geri qayıtmağa heç bir yer qalmayacaq.

Ermənistan Rusiyanı Ukrayna ilə “haqq-hesab çəkənə qədər” gözləyə bilməyəcək.

“Çünki, birincisi, biz sağ qala bilməyəcəyik, ikincisi, bunların heç biri bitməyəcək. Üçüncüsü, inanmıram ki, bunlar bitəndən sonra hər şey dəyişəcək və kimsə qılınc əlində Laçın dəhlizini geri qaytaracaq”, – erməni politoloq deyib.

Onun fikrincə, Rusiyanın Ermənistana münasibəti “pul yoxdur, amma sən döz” yanaşmasını xatırladır.

“Hazırda nəsə edilməsə, hər yerdə, postsovet məkanında bizim hamımız üçün pis olacaq. Vəziyyət daha da pisləşəcək”, – deyə İskəndəryan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər