• 22 Noyabr 2024 23:36

Kahramanmaraş Universitetinin professoru: “Azərbaycanlı tələbələr arasında…”

Kahramanmaraş Universitetinin professoru: “Azərbaycanlı tələbələr arasında...”

“Hazırda seysmik bölgə Kahramanmaraşın özündədir. Mən hələ də Sütçü İmam Universitetinin professoruyam, sadəcə hazırda Ankaradayam. Oradakı dostlarımla əlaqə saxladım. 2 gündür bölgədə möhkəm qar yağırdı və hava soyuq idi. Hava şərtlərinə görə də təhsil ocaqlarında tətil elan edilmişdi”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor, Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) müəllimi Toğrul İsmayıl deyib.

Bölgədə baş verən son məlumatları çatdıran professor bildirib ki, hazırda Kahramanmaraşda yaşayan azərbaycanlı ailələr və tələbələrinm arasında tələfat yoxdur:

“Mən dostlarımla, yoldaşlarımla danışdım, hər kəs sağ-salamatdır. Bir problem yoxdur. Çünki onlar şəhərin yeni tikilmiş bölgəsində yaşayırlar və oralar zərər görməyib, ona görə ki, orada binalar daha düzgün və yeni tikilib. Zəlzələ şəhərin köhnə binalar olan yerini vurub. Hələlik, şükür Allaha, neqativ bir xəbər yoxdur. Amma Maraş zəlzələnin mərkəzi ərazisidir. Ən çox dağıntı, ölü və yaralı sayı da oradadır. İnşallah, zamanla xəbərlər gələcək və məlumatlar əldə edə bilərik.

O ki qaldı Maraşda təhsil alan azərbaycanlı tələbələrə, bildiyim qədər, orada tələbə sayı elə də çox deyil. Hazırda tətil dönəmi olduğu üçün dəqiq məlumat almaq çətindir. Universitetin binası sağlamdır və ona heç bir şey olmayıb. Orada yaşayan ailələr və tələbələrimiz də var. Hələlik tanıdıqlarım arasında hər kəs yaxşıdır. İnşallah, belə də davam edər.

Allah ölənlərə rəhmət etsin. Bu, çox ağır bir zəlzələdir və gördüyünüz kimi, Türkiyənin 10 vilayətində baş verib. Eyni zamanda Suriya, İraq və İordaniyadan da ölüm xəbərləri gəlir”.

Tacxeber.com

Oxşar xəbərlər