• 23 Noyabr 2024 02:28

Türkiyə Ermənistanın köməyini qəbul edəcəkmi? – Deputatdan cavab

Türkiyə Ermənistanın köməyini qəbul edəcəkmi? - Deputatdan cavab

 

“Həqiqətən, Türkiyənin Ermənistanın Baş naziri Nikol Paşinyanın yardımına ehtiyacı yoxdur. Ancaq beynəlxalq çağırış edildiyi üçün ermənilər gücləri çatsa da, çatmasa da, yardımları qəbul olunsa da, olunmasa da, bir növ, özlərini humanist mövqedən çıxış edən dövlət kimi göstərərək təkliflərini edirlər”.

Tacxeber Pravda-ya istinadla xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov deyib.

O əlavə edib: №Türkiyə sərhədlərin açılması, sülh prosesi ilə bağlı Ermənistanla müəyyən danışıqlar apardı. İndi də təbii fəlakət baş verib, zəlzələdir. Ermənilər öz mövqelərini göstərirlər, yəni düşmən mövqedə deyilik, qonşu dövlət kimi yardım təklifimizi edirik. Əlbəttə, Türkiyənin buna ehtiyacı yoxdur, olmayacaq da. Türkiyə dünya çapında yeri olan, böyük bir dövlətdir, onun cüzi yardıma ehtiyacı yoxdur”.

Deputat bildirib ki, belə məsələlərdə aradakı müəyyən gərginliklər kölgədə qalır:

“Son dövrlər Türkiyə və Yunanıstan arasında gərgin vəziyyət var. Buna baxmayaraq, Yunanıstan da yardım təklifini etdi, hətta köməyə qrup da göndərib. Bu, elə bir məsələdir ki, bütün dünya miqyasında hamı öz töhfəsini verməyə çalışır. Ermənistan da sıradan geri qalmaq istəmir. Ermənistanın nə gücü var ki kömək edə? Özlərini humanist dövlət kimi göstərib, borclarından çıxmaq istəyirlər. Amma bu, heç arzuolunan kömək deyil. Düşmən düşməndir.

Erməni hiyləgərliyi ilə beynəlxalq aləm, rəy üçün öz təkliflərini edirlər ki, sizə kömək etmək istəyirik. Amma əslində necədir? Onlar sevinirlər, sevinc içindədirlər. Allah onların sevinclərini gözlərində qoysun. Türkiyənin başına gələn bu müsibət, təbii ki, erməniləri sevindirir və sevinclərini sosial şəbəkələrdə, KİV-də bildirirlər.

Onların kömək məqsədi ilə Türkiyəyə getmələri məqsədəuyğun deyil. Çünki gedib orda da təxribat törədəcək, murdar işlərlə məşğul olacaqlar. Buna görə də inanmıram ki, Türkiyə Ermənistanın kömək təklifini qəbul etsin. Sadəcə, “sağ ol, dərdimizə dırnaqarası şərik olduğunuza görə təşəkkür edirik, ancaq sizin yardımınıza ehtiyacımız yoxdur” deyəcək. Hesab edirəm, bu cavab veriləcək”.

Tacxeber.com

Oxşar xəbərlər