“Türkiyədəki zəlzələni nəinki görə bilmişdim, çox dəqiqliklə mən bunu təsvir etmişdin. 2022-ci ilin yanvarında Moskva-Baku xəbər portalına bunu demişdim. Həmin agentliyə açıqlamamda dedim ki, 2022-2023-cü illər Türkiyə, İsrail və İraq üçün çox təbii fəlakətlərlə bağlı çox təhlükəli ildir”.
Bu sözləri Yenisabah.az-a Moskvada yaşayan tanınmış ekstrasens Zirəddin Rzayev deyib. O, Türkiyədə baş verən və böyük dağıntılara səbəb olan zəlzələni öncədən gördüyünü deyib:
“Nəticəni gördünüz, 2022-ci ildə də, 2023-də də zəlzələ oldu. Hadisə necə oldusa, o cür də əvvəlcədən insanları xəbərdar etmişdim.
Mən özüm haqqında reklamı sevmirəm, amma Azərbaycanda bir tendensiya var, proqnozu verəndə mətbuat yazır, amma proqnoz düzgün çıxanda bu barədə xəbər yayımlamırlar. Bu cür şeylər adamı incidir.
Mən 2023-cü il haqqında öncədən proqnoz versəm də, gündə bir nəfər yığır ki, proqnoz verə bilərsinizmi? Mən tək adamam, hər kütləvi informasiya vasitəsinə ayrı proqnoz verə bilmərəm axı.
Türkiyədəki hadisə ilə bağlı da proqnoz vermişdim, həmçinin bunu sosial şəbəkə hesabımda da insanlarla bölüşmüşdüm. Əvvəlcədən demişdim son iki il -2022 və 2023 Türkiyə, İsrail, İraq üçün o qədər də təhlükəsiz olmayacaq. Bildiyiniz kimi, İsraildə də zəlzələ oldu”.
Z.Rzayev ilin ikinci yarısında Türkiyəni yenidən təbii fəlakətin gözlədiyini açıqlayıb. O, Azərbaycan üçün hər hansı ciddi təhlükənin olmadığını da qeyd edib:
“İndi proqnoz verirlər ki, Türkiyənin Kastamoun bölgəsində zəlzələ olacaq, amma belə bir şey olmamalıdır. Olsa belə, bu cür dağıntılara, ağır itkilərə, fəsadlara səbəb olmayacaq. 2023-cü il üçün proqnozlarımda dedim ki, Orta Asiya və Avropa bölgəsində bəzi fəlakətlər olacaq, Türkiyə də ora aiddir. Bu, Allahın qəzəbidir.
Doğurdan da belə oldu. Bu gün hətta müharibə şəraitində olan dövlətlər belə, Türkiyəyə yardım edirlər. Başa düşürsünüzmü bu nə deməkdir?
İlin ikinci yarısı Türkiyə üçün yenə bir təhlükə başlayır, ola bilsin ki, yenə hansısa təbii fəlakətlər olsun. Düzdür, İran, Azərbaycan, Ermənistan, Gürcüstan da onlara yaxın ərazilərdir, amma ilin ikinci yarısı üçün bu ölkələrə hər hansı təhlükə görmürəm. Olsa belə, bu cür fəsadlar sadaladığım ölkələrdə olmayacaq. Azərbaycan üçün belə təhlükə yoxdur. İnsanların qorxmasına gərək yoxdur. Azərbaycanda böyük dağıntılara səbəb olacaq yeraltı təkanlar görmürəm. Ölkəmizdə 8-9 ballıq təkanlar olmayacaq. Amma yenə deyirəm, Türkiyə üçün bu ehtimal var. Ehtiyatlı olmaq lazımdır”.