• 23 Noyabr 2024 05:09

Aktyor: “Zəlzələdən zərərçəkənlərə dikdaban ayaqqabı, ziyafət paltarları, şortlar, çimərlik dəstləri göndərənlər…”

 

“Türkiyənin TikTok seqmentində göndərilən yardımlar arasında (dikdaban ayaqqablar, ziyafət paltarları, şortlar, çimərlik dəstləri) yararsız geyimlərin olduğunu göstərən videolar var. Bunlar ya düşüncəsizlikdən, qanmazlıqdan, ya da tələskənlikdən belə ediblər. Hər nə isə… Sadəcə, anlamıram bunun Azərbaycana və buradan göndərilən yardımlarla nə əlaqəsi var?”

Pravda.az-ın xəbərinə görə, bunu aktyor Azər Aydəmir bildirib.

Onun sözlərinə görə, ilk TIR Bakıdan – “Doğtaş” dan hələ fevralın 7-də çıxıb: “Onun Türkiyə çatması “ölmə eşşəyim, ölmə” misalı… Beş günə çatar. Narazılıq videolarını Azərbaycanın “Facebook” və “Twitter” seqmentində yayımlamaqla bizi niyə alçaltmağa çalışırlar, geri zəkalı göstərmək istəyirlər ki? Bütün “kablok”ları bizmi göndərdik? Yəni trabzonlu, sivaslı ola bilməz? Azərbaycanlı nə etsin? Özümüz bu videoları öz gözümüzə niyə soxuruq ki?”

Tacxeber.com

Oxşar xəbərlər