• 23 Noyabr 2024 00:00

Hollandiyalı deputat İslam əleyhinə kitab yazarkən müsəlman oldu – VİDEO

 

Hollandiyalı deputat Joram Van Klaveren İslam dini əleyhinə kitab yazarkən özü də müsəlman olub.

Tacxeber.com big.az-a istinadən bildirir ki, onun etiraflarını əks etdirən video sosial şəbəkələrdə maraqla qarşılanıb.

2010-cu ildən 2017-ci ilədək Hollandiyada millət vəkili olan 39 yaşlı Klaveren ilk zamanlar “Quran” kitabını “zəhər” adlandıraraq, anti-İslam çıxışlarıyla gündəmə gəlib. İnsanları bu dindən uzaqlaşdırmaq üçün o, kitab yazmaq fikrinə düşüb.

“Məqsədim İslamı tənqid edən və səhv olduğunu sübuta yetirən bir kitab yazmaq idi, amma özümü tamamilə fərqli bir yerdə tapdım”, – deyə Klaveren etiraf edib.

Kitab üzərində çalışdığı müddətdə 2018-ci ildə o, İslam dinini qəbul edərək müsəlman olub və əksinə, “Dindən çıxmış” (“Afvallige”) adlı kitab yazaraq bir çoxlarının qəzəbinə tuş gəlib, çünki ətrafındakı insanların əksəriyyəti onun xristianlığı təbliğ edəcəyini düşünüblər.

Zamanımızda İslamı sadəcə tənqid etməklə kifayətlənmirlər, nifrət dolu sözlər işlətmək də artıq adiləşib. İnsanlara hər gün televiziya və mətbuat vasitəsi ilə İslamın şiddət dolu bir din olduğunu təlqin edirlər, lakin heç kim Hz. Məhəmmədin şəfqətindən, xəstələrə yardımından və ya digər dinlərə qarşı göstərdiyi tolerantlıqdan danışmır”, – deyə sabiq deputat vurğulayıb.

Bütün maneələrə baxmayaraq, Klaverenin kitabının ilk tirajı artıq tükənib. Kitabın ikinci nəşrinin ingilis, ərəb və türk dilinə tərcümə olunması planlaşdırılır.

Tacxeber.com

Oxşar xəbərlər