• 23 Noyabr 2024 05:17

O da formasını Türkiyə üçün hərraca çıxarır

 

Türkiyəli futbolçu Merih Dəmiral həmkarı Paulo Dibala ilə Türkiyədəki dəhşətli zəlzələdən danışdığını bildirib.

O,  Dibalanın Türkiyədə yaşanan zəlzələ səbəbiylə kədərli olduğunu söyləyib.

O, formasını göndərəcəyini və hərracdan əldə olunan gəlirin zəlzələ bölgəsində istifadəsi üçün “Ahbap” dərnəyinə bağışlanmasını istəyib.

Qeyd edək ki, Merih ötən gün də Kristiano Ronaldo ilə əlaqə qurduğunu və onun da imzalı formasının hərraca çıxarılacağını bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər