• 23 Noyabr 2024 05:02

Ruslar Luqanskda hücuma başladılar – Ukrayna müdafiəsi yarılacaqmı?

 

Ruslar Ukraynanın müdafiəsini yarmağa çalışır. Luqansk vilayətində rus işğalçıları artıq hücuma keçib. Onların Ukrayna müdafiəsini yarmağa çalışdıqları Kremenski istiqamətində maksimum gərginlik müşahidə olunur.

Bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun analitikləri bildirir.

Qeyd olunur ki, Svatovoyenin şimal-qərbində rusların hərəkəti müşahidə olunub.

Bu sektorda hücumda bir neçə bölmənin hissələri iştirak edir.

“Əməliyyat 144-cü və 3-cü motoatıcı diviziyalarının bir neçə alayının (20-ci Əlahiddə Ümumqoşun Ordusu, ZVO), 90-cı tank diviziyasının alayının, 76-cı Hava Desant Diviziyasının və Cənub Hərbi Dairəsinin naməlum bölmələri tərəfindən dəstəklənir”, – hesabatda deyilir. (Teleqraf)

 

Tacxeber.com

Oxşar xəbərlər