• 23 Noyabr 2024 05:00

Adil Əliyevdən Ermənistana xəbərdarlıq: Təxribat olacaqsa…

 

“Qardaş Türkiyə dəhşətli zəlzələnin nəticələrini ortadan qaldırmaqla məşğuldur. Dağıntılar arasında insanların xilas edilməsi əsas vəzifədir. Azərbaycan qardaş və müttəfiq Türkiyəyə yardıma tələsən ilk dövlətlərdəndir. Başqa cür ola da bilməz. Türkiyə İkinci Qarabağ münharibəsində Azərbaycana dəstəyini əsirgəmədi, qardaşımızın yanımızda varlığı bütöv Azərbaycana və düşmənlə savaşan cəsur döyüşçülərimizə ruh yüksəkliyi verirdi. İndi növbə Azərbaycanındır, hər bir vətəndaşımız Türkiyənin acısını paylaşır, maliyyə imkanından asılı oilmayaraq nə cür kömək mümkündürsə, köməyini və dəstəyini əsirgəmir”.

Tacxeber.com-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, Ermənistan və İrandakı dairələrin Türkiyənin ağır vəziyyətindən istifadə edərək Azərbaycana qarşı təxribat planlaşdırdıqlarına dair mediada xəbərlər geniş  yayılıb: “Azərbaycana qarşı hər hansı təxribat planlaşdıranlar varsa, nə ilə üzləşəcəklərini hesablaya bilmirlər. Ermənistan Azərbaycan qarşısında aciz durumdadır, yüz dəfə də müharibə olsa, onları darmadağın edərik, bizə qarşı hər hansı təxribat törədərlərsə, ordumuzdan elə bir zərbə alacaqlar ki, Ermənistanla təmas xəttində strateji yüksəkliklərə nəzarət edən döyüşçülərimizin Qərbi Zəngəzura enməsinə heç nə mane olmayacaq. Bu halda kimsə onların köməyinə gəlməyəcək, İkinci Qarabağ müharibəsində olduğu kimi beynəlxalq aləm anlayacaq ki, Azərbaycan təxribata cavab olaraq hücuma keçib və tarixi torpaqlarını azad edib. Ermənistan hakimiyyəti anlamamış deyil ki, Azərbaycana qarşı təxribat edəcəkləri halda Qərbi Zəngəzuru birdəfəlik itirəcəklər və onların növbəti ağlaşması da nəticə verməyəcək. Ona görə də azacıq məntiqləri varsa gərək ordumuzu sınağa çəkməsinlər. Möhtərəm Prezidentimizin hər dəfə söylədiyi kimi, Dəmir Yumruq yerindədir! Azərbaycana qarşı təxribat haqqında düşünən İrandakı dairələr gəldikdə isə, onlar da uğur qazana bilməyəcək, “düşündüklərinin” və “hesabladıqlarının” əksi ilə üzləşəcəklər. Birincisi, Türkiyədə ağır zəlzələ baş versə də, qardaş ölkənin ordusu yerindədir və hansısa ölkənin Azərbaycana qarşı təxribatına seyrçi qalmayacaq. Azərbaycanın düşmənləri “Şuşa bəyannaməsinin” mövcudluğunu unutmasınlar! Bəyanatın bəndlərini diqqətlə oxusunlar! İkincisi, Tehranda kimlərsə Ermənistanla birləşərək Azərbaycana qarşı hansısa təxribat barədə düşünürsə, bu İranın bir dövlət olaraq sonunu gətirəcək. İranda yaşayan soydaşlarımız rejimin Arazın bu tayındakı qardaşlarına qarşı təxribatına seyrçi qalmayacaqlar. İkinci Qarabağ müharibəsi zamanı məhz Arazın o tayındakı qardaşlarımızın yaydıqları görüntülər sayəsində öyrəndik ki, İrandan Ermənistana hərbi texnika hansı istiqamətdən ötürülür. Bundan sonra gərəkli tədbirlər görüldü. İranın və Ermənistanın o qədər problemi var ki, onların həlli əvəzinə Azərbaycana hədəf götürmək istəyirlərsə, başda Ali Baş Komandan olmaqla ordumuz və cəmiyyətimiz təxribatçılara var gücüyə cavab verməyə hazırdır!”

Tacxeber.com

Oxşar xəbərlər