“Azərbaycanlı tələbələrin olduğu binanın altında 50 nəfər qalıb, onun 18 nəfəri yaşayır. Yəni 18 nəfərin səsi müəyyən edilib”.
Bunu həmin tələbələrin dostu Qurbanov Sahil Globalinfo.az-a deyib.
O bildirib ki, hazırda axtarışlar tam sürətlə davam edir:
“Əraziyə yeni xilasedici qruplar gəlib. Eləcə də dinləmə cihazları gətirilib. Binada axtarışlar güclənib. İnşallah, ümidimiz budur ki, sağ-salamat tapılacaqlar”.