• 21 Sentyabr 2024 12:34

İsrail əməliyyata başlayır: Müdafiə qalxanı-2

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Şərqi Qüdsdə Müdafiə qalxanı-2 əməliyyatı üçün göstəriş verib.

Axar.az xəbər verir ki, sözügedən əməliyyatın 1967-ci ildə baş verən altı günlük müharibədən sonra ən geniş əməliyyat olacağı bildirilir.

Digər tərəfdən müxalifət lideri Yair Lapid nazirin bu qərarını tənqid edib:

“Tiktok naziri kabinetlə müzakirələr aparmadan, vəziyyəti dəyərləndirmədən və hüquq-mühafizə orqanı ilə koordinasiya etmədən əməliyyata göstəriş verib”, – Lapid vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Şərqi Qüdsün Ramot məhəlləsində avtobus dayanacağı partladılıb. Nəticədə 2 nəfər ölüb, 5 insan isə yaralanmışdı. Müdafiə qalxanı-2 əməliyyatının da bu terror hücumuna cavab olaraq keçiriləcəyi deyilir.

Tacxeber.com

Oxşar xəbərlər