• 23 Noyabr 2024 04:13

Bənövşə çiçəyinin faydaları

 

 

Bənövşənin tərkibi müxtəlif kimyəvi maddələrlə zəngindir. Tərkibində insulin, askorbin turşusu, salisil turşusu, C vitamini, efir yağları, tanin, alkoloid turşusu, violaementin, polisaxaridlər var. Bu bitki orqanizmə ödqovucu, sidikqovucu, antiseptik təsir göstərir. Onun dəmləməsindən qadın xəstəlikləri, dəri xəstəlikləri, bronxit, soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri, sidik ifrazı sisteminin xəstəlikləri zamanı istifadə edilir. Tərkibində sink, selen və kaliumun çox olmasına görə ondan ən çox kosmetologiya sahəsində istifadə edilir.

Bənövşəyə spesifik xoş ətir verən maddə efir yağlarıdır. Həmin maddələrin sayəsində bitki əsəbsakitləşdirici və yuxugətirici təsir göstərir, stressin orqanizmə təsir gücünü zəiflədir. Soyuqdəymə, qrip, zökəm zamanı qızdırmanı salır, bədəndəki ağrıları və baş ağrılarını aradan qaldırır. Antibakterial və bəlğəmgətirici təsirləri bənövşə otunu bronxitlər, astma, quru və bəlğəmli öskürəklərdə faydalı edir. Həmin xəstəliklərdə daha çox otun ballı suda dəmləməsindən istifadə olunur.

Dəri yaraları, ekzemalar və çibanın müalicəsində təsirli olduğuna görə ona xalq arasında dəriotu da deyilir. Saçları tökülənlər və baş dərisində kəpəklənmə problemi olanlar bənövşə otunu həm içə, həm də dəmləməsi ilə saçlarını yaxalaya bilərlər. Hər yumada təkrarlayanda saçlar canlanır, parlaqlığı artır və daha tez uzanır.

Xalq təbibləri bənövşəni ən çox göyöskürəkdə boğulma tutmalarını azaltmaq üçün istifadə edirlər. 2 xörək qaşığı bənövşə otu 3 stəkan qaynar suda dəmlənir, alınan dəmləmə 3 hissəyə bölünərək gün ərzində içilir.

Qrip xəstəliyi zamanı isə 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqlarını 1 stəkan qaynar suya salıb 15 dəqiqədən az olmamaq şərti ilə qaynatmaq və soyutmaq lazımdır. Dəmləməni gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan içmək lazımdır.
Ümumi soyuqlama əlamətləri olduğu zaman termosa 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqları tökülür və üzərinə 1 stəkan qaynar su əlavə edilib 6-8 saat dəmləməyə qoyulur. Alınan qarışımdan gündə 3-4 dəfə 2 xörək qaşığı içmək soyuqlama əlamətlərini aradan qaldırır.
Dəri xəstəlikləri zamanı bənövşə yağını dəriyə sürtmək xəstəliyin sağalmasına səbəb olur. Bənövşə yağını özünüz də ev şəraitində hazırlaya bilərsiniz. Bunun üçün 2 xörək qaşığı qurudulmuş bənövşə çiçəklərini və əməklöməci yarpaqlarını qaba qoyub üzərinə 150 ml zeytun yağı əlavə etmək lazımdır. Qarışımı 15 dəqiqə qaynadıb soyuduqdan sonra şüşə qabda soyuducuda saxlamaq lazımdır. Dəri xəstəlikləri zamanı salfetkanı bu yağda isladıb xəstə nahiyəyə qoyduqda əlamətlər aradan qalxır.

Bənövşədən hazırlanan ekstrat həmçinin ürək fəaliyyətini yaxşılaşdırır, ateresklerozun, damar xəstəliklərinin, dermatitlərin, psoriazın, eqzemanın sağalmasını sürətləndirir.

Əsəbilik halında da sakitləşmək üçün bənövşə yağı istifadə edilə bilər. Rahatlaşdırıcı təsiri sayəsində insanı sakitləşdirir və stressi aradan qaldırır. Yuxusuzluq problemini aradaq qanldrmaqda da əla təsir göstərir.
Baş ağrısı problemlərinin olduğu zaman bənövşə yağı ilə alın bölgəsinə masaj edilməsi tövsiyə edilir. Eyni zamanda buxar maşınının içərisinə bir neçə damla bənövşə yağı töküb buxarı ilə nəfəs almağınız faydalıdır.

Bütün faydalarına baxmayaraq, bu zərif bitki bəzi insanlar üçün təhlükə də yarada bilər. Məsələn, sarı rəngli bənövşənin çiçəklərində təbii E 161- vikoloksantin boyası var. Bu maddə orqanizm üçün çox təhlükəli sayılır. Müalicə məqsədilə bu rəngdə olan çiçəklərdən istifadə etdikdə mədə-bağırsaq problemləri, allaergik reaksiyalar, selikli qişalarda iltihabi proseslər meydana çıxa bilir. Hepatitdən və qlomerulonefritdən əziyyət çəkən xəstələrə də bənövşə dəmləmələrindən istifadə etmək olmaz. Bəzən bənövşə dəmləməsi ürəkbulanmaya, qusmaya və dəri səpgilərinə səbəb ola bilir. Buna görə də, istifadəsi zamanı diqqətli olmanız məsləhət görülür.

Tacxeber.com

Oxşar xəbərlər