• 23 Noyabr 2024 01:36

Böyük hücuma hazırlaşan Rusiyaya ağır zərbə – Əməliyyat dayandırıldı

Rusiya yaxın həftələrdə Ukraynanın şərqinə hücumlarını gücləndirməyə hazırlaşır. Amma belə genişmiqyaslı hücum əməliyyatına başlamaq üçün lazım olan resursları yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklər qeyd edirlər ki, Rusiya media qurumları Kremlin böyük hücum perspektivləri ilə bağlı ruhdan düşmüş görünürlər. Bir sıra mənbələr açıq şəkildə Putin administrasiyasının rəsmilərini əlçatmaz gözləntilər yaratmaqda ittiham edirlər.

“İşğalçıların Donetsk vilayətinin Vuqledar şəhəri ətrafındakı taktiki uğursuzluqları ilə bağlı məlumatlar rusların ordunun həlledici hücum əməliyyatına başlamağa qadir olduğuna inamını daha da zəiflədib”, – təhlildə vurğulanır.

ISW Kremlə yaxın mənbəyə istinadən iddia edir ki, ruslar Vuqledar yaxınlığında ilk günlərdə sürətlə irəliləyə bilməyib. Bundan əlavə, Ukrayna qüvvələrinin öz ehtiyatlarını bu ərazidə sürətlə yerləşdirməsi nəticəsində ruslar təşəbbüsü itiriblər.

Mənbə rus ordusunun kolonunun Vuqledar yaxınlığında məhv edilməsindən sonra rusların şəhərə hücumlarını dayandırdıqlarını da bildirir. ISW Rusiyanın növbəti hücumunda təkrar uğursuzluqla üzləşəcəyindən ehtiyat etdiyini vurğulayır.

Tacxeber.com

Oxşar xəbərlər