• 23 Noyabr 2024 06:58

İran: İlana zəhər verən kərtənkələ 

İran: İlana zəhər verən kərtənkələ 

İranın Azərbaycana qarşı təxribatları həmişə olduğu kimi, yenə də davam edir. Öz daxilindəki etirazları yatıra bilməyən rəsmi Tehran bu dəfə də İrəvanın vasitəsilə ölkəmizə qarşı zərbə vurmaq niyyətindədir. 

Tehranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohurinin Ermənistanda verdiyi təxribat xarakterli açıqlamalar da buna xidmət edir. Qeyd edək ki, səfir Zohuri İranın Zəngəzur dəhlizinə yol verməyəcəyini, və bu dövlətin məlum projeyə sonsuzadək qarşı olacağını bəyan etmişdi.

Lakin bir sıra mütəxəssislər isə hesab edirlər ki, səfirin bu açıqlamaları bir başa Ermənistanı qızışdırmağa yönəlib. Bununla da İran İrəvana tək olmadığını, “din qardaşı”nın yanında olduğunu hər vəchlə göstərmək istəyir.

Obrazlı desək, İran hazırda ilana zəhər verən kərtənkələ rolunu oynayır. Amma bir şeyi unutmaq lazım deyil: hamı, hətta İran da bilir ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanı kapitulaysiya imzalamağa məcbur etdi və Baş nazir Nikol Paşinyanın noyabrın 10-da zirzəmidə imzaladığı təslim aktı Ermənistanı yer üzündən silinməkdən xilas etdi.

Bu cür diz üstə çökən, gecə saat 2-də zirzəmidə kapitulyasiya aktını imzalamağa məcbur olan bir ölkənin yenidən Azərbaycanla yekəxana bir tonda danışması səbəbsiz deyil. Çünki onlar arxalarında yenə də İranın gücünü hiss edirlər. Bu isə Ermənistanın Azərbaycanla hədyan dolu danışmasına gətirib çıxarır.

Qayıdaq İrana: öz vətəndaşlarının qeydinə qalmayan bir ölkə, Xoyda yaşayan etnik azərbaycanlılara bir dənə belə çadır verməyən, hətta onları sırf etnik tərkibinə görə ölümə məhkum edən İran rejimi bu problemləri həll etmək əvəzinə Ermənistana dəstək verir. Çünki İranın Azərbaycanla konfliktə girməsi, Ermənistanı Azərbaycan üstünə qısqırtmağı, habelə bölgədə gərginlik yaratması həm də diqqəti daxili problemlərdən yayındırmağa yönəlib. Ona görə ki, İranda artıq azadlıq havası əsir, inqilabla gələn molla rejiminə qarşı artıq fərqli bir inqilab ruhu var, eləcə də böyük şəhərlərdə keçirilən kütləvi aksiyaların qarşısını heç cür almaq mümkün deyil. Qısası, İran xalqı əvvəlki İran xalqı deyil. 40 ildən çoxdur başında çalma, eləcə də mürtəce düşüncələrdə qalan molla rejimindən fərqli olaraq isə xalq artıq çoxdan dəyişib. İran isə bu problemləri həll etmək üçün yenidən Ermənistan amilini ortaya atır, Azərbaycana qarşı təxribatlar, sərhəddə gərginlik törətmək məqsədi güdür.

Ermənistan gəldikdə isə onlar bundan nəticə çıxarmalıdır, hətta buna məcburdurlar. Çünki Dəmir Yumruq hayların başına bir də dəysə, onun harayına nə İran, nə də Rusiya çata biləcək. Çünki birinin başı etirazları sakitləşdirməyə, o birinin başı isə Ukrayna çöllərində torpaq işğal etməyə qarışıb…

Tacxeber.com

Oxşar xəbərlər