• 22 Noyabr 2024 17:41

“Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur?”

 

 

Aktrisa Zülfiyyə Qurbanova rol aldığı “Əqrəb mövsümü” serialının bəzi məqamlara görə tənqid olunmasından danışıb.

OLAY yazır ki, bu mözvudan sənətçi sputnik-ə müsahibəsi zamanı söz açıb. O bildirib ki, canlandırdığı Elnarə obrazının həyat yoldaşına xəyanət etməsindən bəhs edib:

“Bizimkilər ümumiyyətlə, Azərbaycanda baş verən hadisələri ölkəmizə yaraşdırmırlar. O saat deyirlər, nə danışırsınız, Azərbaycanda gəlinini söyən qayınata var? Tamaşaçı elə təəccüblənir ki, guya bunlar başqa ölkədə yaşayır, mən başqa ölkədə. Əlbəttə var. Gəlini söyən, zorlayan, kürəkəni tərəfindən, atası tərəfindən zorlanan qadınlarımız var. Ərinə xəyanət edən qadınlar, qadınına xəyanət edən kişilər bu cəmiyyətdə çoxdur. Amma bunu filmdə, ekranda görəndə deyirlər, bizim milli mentaliletimizə ziddir, belə şeyləri təbliğ etməyin. Belə çıxır ki, Azərbaycanda heç bir qadın ərinə xəyanət etməyib, ilk dəfə bunu mən etmişəm. Mən ərinə xəyanət edən qadını oynamışam. Guya Azərbaycanda belə şey ola bilməz? Siz Allah şəxsi fikirlərinizi kənara qoyun. Filmlər, bədii əsərlər elə həyatdan götürülüb. Çox az hissəsi rejissor təxəyyülünün məhsulu olur”.

Tacxeber.com

Oxşar xəbərlər