Nobel Sülh Mükafatı laureatı, yəmənli fəal Təvəkkül Karmanın rəhbəri olduğu “Tawakkol Karman Foundation” Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərərçəkənlər üçün 50 ev tikəcək.
Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yəmənli fəal yerli televiziya kanalına açıqlamasında deyib.
Karman bildirib ki, tikiləcək evlər yəmənlilərin Türkiyədəki qardaşları ilə həmrəyliyinin göstəricisi olacaq.
O qeyd edib ki, sözügedən evlər AFAD vasitəsilə tikiləcək.