• 23 Noyabr 2024 06:46

Tanınmış diktor: “Aparıcılar əndrabadi vurğularla danışır”

Tanınmış diktor: “Aparıcılar əndrabadi vurğularla danışır”

 

“Baxmayaraq ki, 55 ildən çoxdur ki, bu sənətdəyəm, amma yenə də kamera qarşısında eynilə o həyəcanı keçirirəm. Bunsuz mümkün deyil. Sən sənətdə nəyəsə nail olmaq, nəyisə qət etmək istəyirsənsə mütləq cavabdehlik hissin olmalıdır”.

Tacxeber.com moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib.

O bildirib: “Bu gün aparıcılar çox çətin şəraitdə çalışırlar. Həm studiya, həm çöl çəkilişlərində olur, həm də montaja girirlər. Bütün bunlardan xəbərdaram. Biz isə o vaxt təkcə öz üzərimizdə çalışırdıq ki, yalnız səlis nitq ilə danışaq. Artıq hərəkətlər, aksesuarlar, saç düzümləri qadağan idi. Saçımı mütləq yığmalı idim ki, gözümə bir tük də olsa belə maneçilik törətməsin, tamaşaçıya fikrimi düzgün çatdıra bilim.

Televiziyalarımızın bir bəlası var. Onlar danışıq dilindən uzaqdırlar. Adi danışıq tərzində danışanda başqa cür, kağız parçasını əllərinə götürən kimi əndrabadi vurğularla danışırlar”.

Tacxeber.com

Oxşar xəbərlər