• 23 Noyabr 2024 04:06

Kahramanmaraşda 198 saatdan sonra gələn sevinc, xilas gözyaşları – VİDEO

 

Türkiyənin Kahramanmaraş şəhərində qardaşların dağıntılar altından 198 saat sonra çıxarılması xilasediciləri sevincə boğub.

Tacxeber.com-ın xəbərinə görə, bu barədə İN Media “YouTube” kanalı videoreportaj hazırlayıb.

Belə ki, axtarış-xilasetmə əməliyyatlarında iştirak edən xilasedicilər 2 qardaşı dağıntılar altından çıxararkən göz yaşlarını saxlaya bilməyiblər.

Bir-birilərinə sarılaraq təbrik edən qrup üzvləri sonda xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, qardaşların dağıntılar altından 198 saat sonra çıxarılması əməliyyatına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı da iştirak edib. Xilasedicilər gənc Muhammed və Abdulbaki Enes qardaşlarını dağıntıların atından xilas edərək aidiyyəti üzrə təhvil verilib.

Ətraflı videoda izləyə bilərsiniz:

Oxşar xəbərlər