• 21 Sentyabr 2024 01:43

Təranə Səmədovadan danışan Rəqsanə: “Ordan gələndən ağlayıram”- VİDEO

 

Müğənni Rəqsanə İsmayılova ötən gün həbs olunan prodüser Təranə Səmədovadan danışıb. 

Tacxeber.com xəbər verir ki, sosial şəbəkədə canlı açan sənətçi illərdir qalmaqal yaşadığı Təranənin həbsinə görə kədərləndiyini bildirib.

İfaçı prodüserin övladları Suel və Adeli sığınacağa yerləşdirdiyini deyib:

“Mən Təranə ilə danışırdım. Ona və əsas da övladlarına yazığım gəlir. Bu gün onun övladlarını mən sığınacağa yerləşdirdim. Çox pis olmuşam. Ordan gələndən ağlayıram”.

Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Məlumat üçün bildirək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2022-ci ilin dekabrında isə T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.

 

Oxşar xəbərlər