• 23 Noyabr 2024 05:56

AzTV-dən aktyorun işdən çıxarılmasına münasibət

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) dublyaj aktyoru Kamal Yaşarın işdən çıxarılmasına münasibət bildirib.

Televiziyadan bildirilib ki, “Mədəniyyət” kanalının “Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı və verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib.

“Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi. Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil. Onu da əlavə edək ki, “Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”, – AzTv-dən qeyd edilib.

Qeyd edək ki, aktyor ötən gün sosial şəbəkə vasitəsilə müraciət yaymışdı.

Tacxeber.com

Oxşar xəbərlər