• 23 Noyabr 2024 07:44

Kamal Sunalın sözləri yenidən gündəmdə: “Dedilər ki, binanı reklam elə, amma…”

 

Türkiyəli tanınmış aktyor Kamal Sunalın illər əvvəl dediyi sözlər son günlər gündəmdən düşmür.

Tacxeber.com xəbər verir ki, sənətçinin bina reklamı ilə bağlı çıxışı sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində dəfələrlə paylaşılıb və bəyənmə toplayıb.

Məlumata görə, sözügedən çıxışı Kamal Sunalın həyat yoldaşı Gül Sunal danışıb.

Məlumata görə, illər əvvəl Antalyadan bir inşaat firması Kamaldan reklam siması olmasını istəyir, qarşılığında isə tikəcəkləri binadakı evlərdən birini hədiyyə verməyi təklif edir. Aktyor isə bu təklifi qəbul etmir. Həyat yoldaşı “niyə qəbul eləmədin, nə gözəl, Antalyada evimiz olardı” sualını ünvanlayır.

K.Sunal isə cavabında “Gül, sabah bu evlər yıxılsa və insanlar reklamında rol aldığım üçün mənə güvənib o evləri almış olsalar, elə bir vəziyyətdə vicdanıma necə cavab verərəm” sözlərini deyir.

Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələlər zamanı müxtəlif inşaat şirkətləri tərəfindən inşa edilən “zəlzələyə davamlı” adı ilə baha qiymətə satılan binalar ilk saniyələrdə yıxılması kəskin tənqid edilib. Sözügedən binaları inşa edənlərin bir qismi müəyyən olunaraq saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər