• 19 Sentyabr 2024 20:34

Azərbaycanlı xilasedici zəlzələ bölgəsində xəsarət alıb – VİDEO

 

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.

Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb.

Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.

Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.

 

Oxşar xəbərlər