• 23 Noyabr 2024 04:36

Qaraciyər xəstəlikləri olan insanlardan bişmiş alma iyi gəlir – Həkim

 

Qaraciyər xəstəlikləri olan insanlardan bişmiş alma iyi gəlir.

Bu barədə Rusiya mediasına müsahibəsində “Mediçina” ASC-nin qastroenteroloqu Vladimir Neronov (akademik Roitberqin klinikası) bildirib. Həkim müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlardan gələn digər qoxuları sadalayıb.

Neronov izah edib ki, bədən qoxularının intensivliyi xəstəliyin şiddəti ilə düz mütənasibdir. Həmçinin qoxunun intensivliyi insanın bədənə necə qulluq etməsindən asılıdır.

“Şəkərli diabetli insanlar aseton qoxusu verir, həzm sistemi xəstəliyi olan insanlardan çürük və lax yumurta qoxusunu hiss olunur.

Sidik sistemi xəstəliklərindən əziyyət çəkənlərdən ammonyak iyi, qaraciyər xəstəlikləri olanlardan isə bişmiş alma iyi gəlir”, – həkim deyib.

Neronovun fikrincə, spesifik bədən qoxusunu müəyyən mikroorqanizmlərin olması və dəri vəzilərinin işi ilə izah etmək olar.

“Patogen orqanizmə daxil olarsa, bakteriyaların balansını pozur. Bu da normal bədən qoxusuna məsul olan birləşmələr dəstini də dəyişir.

İmmunitet sistemi bu proseslərə müəyyən şəkildə reaksiya verir, bu da insanın qoxusuna təsir edir”, – deyə qastroenteroloq izah edib.

Həkimin sözlərinə görə, “dəri ifraz edən orqandır və lazım gələrsə, böyrək funksiyasının bir hissəsini öz üzərinə götürür”.

“Bədəndə patoloji məhsullar meydana gəldikdə, dəri onları ifraz etməyə başlayır ki, bu zaman spesifik aromatı yayılır.

Xəstəlik təkcə xəstə insanın deyil, həm də ətrafdakı insanların qoxusuna təsir edə bilər.

“Əgər siz yoluxmuş bir insanla yaşayırsınızsa, sizin bədəniniz də xəstəliyə xas olan xoşagəlməz qoxu verə bilər”, – deyə həkim fikrini yekunlaşdırıb./Konkret.az

Tacxeber.com

Oxşar xəbərlər