• 23 Noyabr 2024 00:02

Haluk Leventdən məşhur modelin iddialarına cavab: “5 milyonluq təzminat davası açacağam”

Haluk Leventdən məşhur modelin iddialarına cavab: “5 milyonluq təzminat davası açacağam”

 

Türkiyəli məşhur model Dəniz Akkaya Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə gedən və qurucusu olduğu AHBAP dərnəyi vasitəsi ilə yardım toplayan müğənni Haluk Leventi hədəf alıb.

 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Haluk Leventin dələduz iş adamı Sezgin Baran Korkmazla fotosunu yayımlayan Akkaya “Bu şəxslə əlbir olan bir adama pul etibar edənlər cahildir!”, deyib.

Model ifaçını insanları aldatmaqda ittiham edib:

“Gizlədəcək nəyisə olmayan adam kimi dik dayan. Dələduzluq etdiyin adamlar efirə çıxmağı gözləyirlər. Az qalıb, hazırlaş”.

Akkayanın paylaşımlarına Haluk Levent “Twitter” hesabından cavab verib:

“Şeytanın yer üzündəki təmsilçiləri şou əhli ilə də vurmağa başladı. Sezgin Baran Korkmazın gecəsində 5 ailənin bütün problemlərini həll etmək üçün səhnəyə çıxmışdım. Deniz Akkayaya 5 milyonluq təzminat davası açacağam və onu da zəlzələ qurbanlarına sərf edəcəyəm”.

Oxşar xəbərlər