• 23 Noyabr 2024 00:49

Rəşad Dağlının qızı xəstəxanaya yerləşdirildi

 

Meyxanaçı Rəşad Dağlının qızı Bətülün halı pisləşib. 

Tacxeber.com xəbər verir ki, bu haqda onun qardaşı Yusif Əmirov sosial şəbəkə hesabında məlumat yayıb.

Yusif Bətülün xəstəxanadan görüntülərini çəkərək izləyiciləri ilə bölüşüb.

Yusif paylaşımına “Bətülümüz bir həftədir xəstədir. Allah bütün uşaqlara kömək olsun”, şərhini yazıb.

Qeyd edək ki, noyabrın 9-da Rəşad Dağlı İskəndər Mehdiyevə 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər