• 22 Noyabr 2024 18:06

Cahangir Əsgərov bu dəfə tələbləri belə ələ saldı –  “Baqaj”sız 27 manatlıq endirim

 

Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL)  Türkiyədən ölkəyə qayıdan  tələbələr üçün yaxın tarixdə endirim etdiyini açıqlayıb.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, AZAL-ın endirim adlandırdığı məbləğ cəmi 27 manat təşkil edir.

Amma ən biabırçı məqam isə AZAL-ın 27 manatlıq endirim biletində tələbələrə ölkəyə əliboş gəlmək tələb olunur. Belə ki, tələbələr üçün nəzərdə tutulan biletlərdə yük çantası nəzərdə tutulmur.

Təsəvvür edin ki, Türkiyədən qayıdan tələbə özüylə apardığı pal-paltarını və digər əşyalarını qaytarmaq üçün əlavə ödəniş etməlidir.

Görünür, Cahangir Əsgərov endirim söhbətini ortaya atmaqla, sosial şəbəkələrdəki sərt tənqidlərdən, habelə deputatların tələblərindən yayınmaq istəyib.

Amma onun bu 27 manatlıq endirim kampaniyası əslində bumeranqa çevrilib.

Xatırladaq ki,  Azərbaycanın quru sərhədləri bağlı olduğundan ölkəyə  gəliş-gediş yalnız hava nəqliyyatı yolu ilə mümkündür.

Tacxeber.com

Oxşar xəbərlər