Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda dünyada nadir hallarda rastlanan hadisə baş verib. İndi qardaş ölkədə hamı fevralın 6-da baş verən zəlzələlədə həlak olan 24 yaşlı Osman Enes Baştürkdən danışır.
Tacxəbər “Anadolu” agnetliyinə istinadən xəbər verir ki, o, zəlzələ günü anadan olub.
Bu hadisə 24 il əvvəl baş verib. Belə ki, Osman 17 avqust 1999-cu ildə Türkiyədə baş verən zəlzələ zamanı Qaziantepdə dünyaya gəlib.
Osman Enes fevralın 6-da baş verən zəlzələ zamanı üzərinə düşən divarın altında qalan qardaşını xilas etmək istəyərkən həlak olub.
Atası Mehmet Baştürk Osmanın həlak olduğu evə cəmi 3 gün əvvəl köçdüklərini bildirib. (Yenisabah)