• 20 Sentyabr 2024 19:46

“Şiş dodaqları TikTok-a buraxmasalar, yaxşı olar” – Müğənni

“Şiş dodaqları TikTok-a buraxmasalar, yaxşı olar” - Müğənni

Əməkdar artist Vasif Məhərrəmli “TikTok”dakı bəzi istifadəçiləri tənqid edib.

Tacxeber.com Olay-a istinadla xəbər verir ki, ifaçı bu haqda “Zaurla Günaydın” verilişində danışıb.

O, sözügedən platformadakı bəzi xanım istifadəçilərin dodaqlarının həddindən artıq silikonlu olması məsələsinə toxunub:

“Şiş dodaqları TikTok-a buraxmasalar, yaxşı olar. Mən öz tövsiyəmi verirəm ki, kaş belə edilərdi. Məsələn, hansısa bir sistem olardı, şiş dodağı görən kimi bağlayardılar”.

Tacxeber.com

Oxşar xəbərlər