“Ölkəmizdə vərəm xəstəliyi ilə bağlı vəziyyət ciddi, təhlükəli hal alıb”.
Tacxeber.com xəbər verir ki, bu sözləri pulmonoloq Həsən Həsənzadə deyib. Səlahiyyətli şəxslərə müraciət edən həkim tədbirlərin kifayət etmədiyini söyləyib:
“Kimsə deməsin ki, mən qorunuram. Bu mövzuda ya cəmiyyət qorunmalıdır. Kimsə fərdi şəkildə qoruna bilməz.Tədbirlər, müalicələr, müalicə edənlərin (istisnalar var) bu mövzuda biliyi, maariflənmə yetərsizdir.
Məcburi müalicə qanunları və tətbiqi şərtdir. Xəstəliyi və xəstəliyini bilib gizlədən, müalicə almayan xəstə məsuliyyət daşımalıdır. Dərhal tədbirlər görülməlidir”, – deyə o qeyd edib.