• 20 Sentyabr 2024 10:38

Sevdanın əri ilə İndoneziyadakı macərası – VİDEO

 

Ötən ilin son ayında qız anası olan müğənni Sevda Yahyayeva həkim-genetik həyat yoldaşı Zakir Bayramovla İndoneziyaya yollanıblar.

Tacxeber.com Bizim.media-ya istinadən bildirir ki, sənətçi səyahətdən olan görüntüləri addım-addım çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Bali adasına gedən cütlük meymunların qaynayıb-qarışdığı məbədə baş vurublar.

“Biz gəlmişik məbədə. Burada meymunlar hər an üstümüzə hücum edə bilər. Burada onların sayı həddən artıq çoxdur. Düzünü desəm, onlarla görüşdən çox qorxuram. Dedilər ki, üzərinizdə heç nə olmasa daha yaxşıdır. Çünki üzərinizdə olan əşyanı oğurlayıb, qaçırlar. Sonra gəl axtar onları”, – deyə Sevda vurğulayıb.

Zakir isə Sevdanın bu sözlərinə qarşılıq verərək bildirib ki, meymunlara yemək versən, onlar aldıqları əşyanı sənə geri qaytarırlar.

Daha sonra müğənni şam yeməyi zamanı lentə aldığı kadrları yayımlayaraq, dadlığı təamlardan bəhs edib:

Yahyayeva “Şam yeməyinə gəlmişik. Otelimizə yaxın olan bir kafeyə gəlmişik. Buranın çox gözəl görünüşü var. “Tomyan” adlı bir sup sifariş elədik. Bizə söylədilər ki, supun dadı o qədər də acı deyil. Amma əslində çox acılıdır… Vay-vay, axı mən bu supu indi necə yeyəcəyəm? Sadəcə acını hiss edin…”

Oxşar xəbərlər