• 23 Noyabr 2024 04:07

Doğuş: “Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar” – VİDEO

 

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ bölgələrindən biri olan Hataya yollanan türk pop müğənni Doğuş Bakıya qayıdan kimi həyat yoldaşı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” ictimai- sosial verilişinə gəlib.

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi orada şahid olduğu acınacaqlı vəziyyətdən dəhşətə gəldiyini söyləyib:

“Oralar çox pisdir. Həyatımda ilk dəfədir belə bir şey yaşayıram. Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar. Tanrım bütün türk dünyasını qorusun”.

Tacxeber.com

Oxşar xəbərlər