• 19 Sentyabr 2024 21:05

Ölkəni tərk etdiyi deyilən sabiq rektor: “Aydan arı, sudan duruyam”

 

“Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır, hal hazırda evdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında Bakı Slavyan Universitetinin keçmiş rektoru, YAP Qadınlar Şurasının sabiq sədri Nurlana Əliyeva bildirib.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin vəzifəli şəxslərinin işi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Durdanə Əliyeva sabiq rektoru Nurlana Əliyevanı ittiham edib. O, bildirib ki, bu cinayətləri tək başına törətməyib və onunla bərabər Nurlana Əliyeva da məsulliyətə cəlb olunmalıdır.

Qeyd edək ki, bir neçə dəfə məhkəmə çağırışlarına məhəl qoymayan Nurlana Əliyeva prosesə gedmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Bu gün isə məhkəmədə bildirilib ki, Nurlana Əliyeva ölkədən çıxıb, onun məhkəməyə gətirilməsi mümkün olmayıb.

Ancaq Nurlana Əliyeva bu iddiaları təkzib edib:

“Mən hazırda evimdə oturmuşam, mən aydan arı, sudan duruyam. Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim”.

Tacxeber.com

Oxşar xəbərlər