• 23 Noyabr 2024 05:13

Stress xərçəngə səbəb olur?

 

Xəstələr bəzən xəstəliyini nə ilə əlaqələndirir sualına cavab olaraq həyatında stressin olduğunu qeyd edirlər. Bəs stress xərçəng xəstəliyi yaradırmı?

Əvvəl qeyd edək ki stress 2 cür olur;

1. Kəskin stress- gündəlik həyatda olan problemlərdən qaynaqlanır, müvəqqətidir və xəstəlik yaratmır.

2. Xroniki stress – uzun müddət davam edən stress növüdür, evdə və ya işdə hər gün təkrarlanan problemlərdən, narazılıq və iqtisadi çətinliklərdən yaranır. Bu tip stress yuxu pozuqluqları, hipertoniya xəstəliyi kimi problemlər yaradır və immuniteti sala bilər.
Belə xroniki stressin immuniteti saldığına görə xərçəng xəstəliyinə də səbəb olacağı ehtimal olunurdu. Amma aparılan tədqiqatlarda bu sübut olunmadı. Gördüyünüz kimi ən xoşbəxt ölkələrdə də xərçəng xəstəliyi var, problemsiz insanlar da xərçəngə tutula bilir.

Xərçəngin səbəbini kənarda axtaranlara isə bildirək ki, bu xəstəliyin əsl səbəbləri siqaret, spirtli içkilər qəbul etmək, yanlış qidalanma, piylənmə, həddən artıq avtomobil tüstüsünə, zərərli sənaye, peşə faktorlarına məruz qalma və s.dir.

Bəs stress xərçəng xəstələrinə təsir edirmi?
– Əgər insan xərçəng xəstəsidir və daimi stressdərsə, üstəlik xəstəliyin diaqnozu onda depressiya yaradırsa bu zaman xəstəlik daha sürətli irəliləyə bilər. Çünki beyin xəstəliklə döyüşmürsə bədən təslim olur.

Əksinə, xəstəliyin yaratdığı stress və depressiyanı yenə bilən, moralı yüksək, həyata bağlı insanlarda müalicə daha effektli olur. İdmanla məşğul olan, əhval ruhiyyəsini yüksək tutan, sağlam qidalanan insanlar daha uzun müddət xəstəliksiz sağ qala bilir, uzun ömürlü olurlar.

Tacxeber.com

Oxşar xəbərlər