• 23 Noyabr 2024 02:26

Netanyahu: “İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm”

 

“İranı nüvə silahı əldə etməkdən yalnız hərbi təhdid saxlayacaq”.

TASS-a istinadən xəbər verir ki, bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivdə Amerika-İsrail təhlükəsizlik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İraq, Liviya, Suriya kimi ölkələrin hər biri yaxın keçmişdə kütləvi qırğın silahlarının hazırlanmasına rəhbərlik edib və bu cəhdlərin qarşısı hərbi güclə uğurla alınıb.

Digər tərəfdən, o, ciddi müqavimətlə qarşılaşmadan nüvə silahı yaratmağı bacaran KXDR-i nümunə göstərib.

Netanyahu bildirib ki, İran nüvə silahı yaratmağa çalışır.

“Gördüyümüz müxtəlif tədbirlər, eləcə də tətbiq edilən bəzi sanksiyalar sayəsində İranı dayandırmaq, daha doğrusu, ləngitmək mümkün oldu”, – deyə baş nazir bildirib.

Onun fikrincə, ABŞ-ı İrana qarşı sanksiyalar tətbiq etməyə sövq edən, sonra isə Tehranı danışıqlar masasına gətirən İsrailin qətiyyətli hərəkətləri olub.

Baş nazir vurğulayıb ki, İsrail gələcəkdə də İrana münasibətdə bu xəttə sadiq qalacaq:

“İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm. Bu, təkcə İsrailin maraqlarına uyğun deyil, həm də ABŞ-ın maraqlarına uyğundur”.

Tacxeber.com

Oxşar xəbərlər