• 26 Noyabr 2024 15:44

“Hacı Nuranla şəkil çəkdirmək arzumdur” – Maksim Qalkin

 

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin ötən gün Bakıda konsert proqramı ilə çıxış edib.

Tacxeber.com xəbər verir ki, o, çıxışına tamaşaçıları Azərbaycan dilində salamlamaqla başlayıb:

“Salam, əziz dostlar. Salam, Bakı. Ona görə Azərbaycan dilini öyrəndim ki, mənim konsertlərdə dediklərim Rusiyada çox diqqətlə izlənilir. Buna görə də ancaq Azərbaycan dilində danışıb zarafatlar edəcəyəm. Baxıram, çoxunuz qorxdunuz ki, zarafatlar azərbaycanca olacaq. Yaxşı, qorxmayın. Zalda Rusiyadan olan tanışlarım var ki, onlar ümumiyyətlə indi nə baş verdiyini başa düşmürlər”.

M. Qalkin növbəti səfəri zamanı aparıcı Hacı Nuranla şəkil çəkdirməyi arzuladığını etiraf edib. Buna səbəb kimi isə onun qarderobunun Rusiyanın Xalq artisti Filipp Kirkorovunkundan da zəngin olmasını göstərib.

Qeyd edək ki, Qalkin müharibədə Ukraynanı dəstəklədiyi üçün Rusiyada “xarici agent” kimi tanınır.//Qafqazinfo

Tacxeber.com

Oxşar xəbərlər