• 23 Noyabr 2024 07:40

“Üçüncü zərbəni də mənə sən vurdun”

 

Xalq artisti Nazpəri Dostəliyeva iki gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla bağlı paylaşım edib.

Tacxeber.com xəbər verir ki,müğənni dost olduğu aktyorun ölümünün onun üçün böyük zərbə olduğunu vurğulayıb:

“Əziz dostum, böyük sənətkar… Bu xəbər məni daha çox məyus elədi. Üçüncü zərbəni də mənə sən vurdun. Məkanın cənnət olsun”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nazpərinin müğənni bacısı Zeynəb Dostəliyeva dünyasını dəyişib. Müğənninin oğlu Əli isə 2021-ci ildə ürəkçatışmazlığından vəfat edib.

R.Novruz Nazpərinin “Nə olar Allahım, ayırma bizi” mahnısına çəkdirdiyi klipdə rol alıb.

Tacxeber.com

Oxşar xəbərlər