Tacxeber.com xəbər verir ki, “Mətanət-A” şirkəti “AS İnşaat” MMC ilə bağlı məhkəməyə müraciət edib.
İşə hakim Günay Namazova sədrliyi ilə baxılacaq.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
Qeyd edək ki, mətbuatda “AS İnşaat” MMC-nin “AS Group”a daxil olduğu və şirkətin sabiq Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhomova aid olduğuna dair məlumatlar dərc edilib.