• 23 Noyabr 2024 06:08

Sami Yusifin təklifindən imtina edib.

 

Əməkdar artist Təyyar Bayramov oğlu Kənan üçün gələn təkliflərdən imtina edib.

 Xanəndə bu haqda “Həmin Zaur” proqramında deyib. O bildirib ki, məşhur müğənni Sami Yusifin də Kənanla bağlı təklifinə “yox” deməli olub:

“Türkiyədən çox təkliflər gəlir. Bu yaxınlarda isə Sami Yusifdən Kənana təklif gəlib. Onunla bağlı planları var idi. Amma ona da izah etdik. İndi onun səsini qorumalıyıq, oxumaq ona ziyandır. 17 yaşına keçib, indi əsas onu qorumağımızdır”.

Tacxeber.com

Oxşar xəbərlər