• 23 Noyabr 2024 02:29

DÇ-2022-nin seks-simvolu bu kluba azarkeşlik edirmiş – FOTO

 

DÇ-2022-də məşhurlaşan xorvatiyalı model İvana Knoll futbol dünyasının diqqətini çəkməkdə davam edir. Qətər mundialında sonra da o, idman mediasının gündəmindən düşmək bilmir. Gah müsahibəsi ilə gündəmə gəlir, gah da Kriştiano Ronaldonun fanatı olduğunu söyləyir. İndi isə hansı klubun azarkeşi olduğunu açıqlayıb.

Məlum olub ki, xorvatiyalı fanat “Arsenal”a biganə deyil. İvanna London klubunun “Mançester Siti” ilə oyununa gedib, “topçular”ın formasını geyinib və “Emireyts”in tribunalarının bəzəyi olub. Meydan sahibləri həmin görüşdə 1:3 hesabı ilə uduzsalar da, bu, onun əhval-ruhiyyəsinə təsir etməyib. Knoll sosial şəbəkədə paylaşım edib:

“Təşəkkür edirəm, “Arsenal”. Bu axşam burada olmaqdan çox şadam”.

Bir az sonra İvanna oyundan sonra əyləncə məkanından video paylaşıb. O, həmin gecəni dəbdə olan klublardan birində keçirib. İvana “Arsenal”ı niyə seçdiyini açıqlamayıb. Onun niyyəti nədir? Reklam, şöhrət və ya səmimi sevgi? Bunu özündən başqa heç kim bilmir.

Azarkeşlərin xorvatiyalı modelin bu hərəkətinə münasibəti fərqli olub. Ona qarşı nifrət var. Bəziləri sevimli klublarını seçmədiyinə görə bunu edirsə, digərləri Knollun futbolun hesabına özünü reklam etdiyini düşünür:

– “Əvvəllər səndən xoşum gəlirdi”.

– “Dəstəklədiyiniz bütün komandalar məğlub olur. Bu bir növ Knoll lənətidir”.

– “Buna görə də “Arsenal” Xorvatiya kimi aşağı yuvarlandı”.

– “Atanızın yerində olsaydım, etdiklərinizdən utanardım”.

– “O, Xorvatiya millisinin üç futbolçusunu belə tanımır. Necə Arsenal fanatı olacaq?

Tacxeber.com

Oxşar xəbərlər