• 23 Noyabr 2024 06:02

Medvedevdən savaşın ildonümü ilə bağlı paylaşım: “Kiyevi silahla təmin edənlər…”

Medvedevdən savaşın ildonümü ilə bağlı paylaşım:

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna-Rusiya müharibəsinin birinci ildönümü ilə bağlı açıqlamalar verib.

Tacxeber.com bildirir ki, o, bu barədə sosial media hesabından paylaşım edib.

“Artıq bir ildir ki, əsgərlərimiz torpaqlarımızda asayişi, əmin-amanlığı, ədaləti bərpa edib, xalqımızı qoruyub, nasizmin kökündən təmizləyiblər. Onlar bizim qəhrəmanlarımızdır. Bütün ölkələr onlara kömək edir, cəbhəni lazım olan hər şeylə təmin edirlər. Qələbə əldə olunacaq. Hamımız bunun mümkün qədər tez olmasını istəyirik. O gün gələcək. Torpaqlarımızı geri alacağıq, xalqımızı etibarlı şəkildə qoruyacağıq”, – Medvedev bildirib.

 

Kiyevi danışıqlar masasına oturdacaqlarını vurğulayan qurum rəsmisi fikirlərini bu cür davam etdirib:

“Əminəm ki, danışıqlar çətin və gərgin keçəcək. Amma qərarı Kiyevi silahla təmin edən və Ukrayna iqtisadiyyatını ayaqda saxlamaq üçün pul ayıranlar verəcək, Zelenski yox. Ona görə də onlar münaqişənin sona çatmasında maraqlı deyillər. Amma gec-tez bunu edəcəklər və sonra sövdələşmə olacaq. Biz ölkəmizə qarşı təhdidləri mümkün qədər, hətta Polşa sərhədinə qədər geri çəkməliyik. Biz neonasizmi məhv etməliyik”.

Tacxeber.com

Oxşar xəbərlər