Böyük Britaniyada soyuqdəymə əleyhinə geniş istifadə olunan “Nurofen” dərmanı ilə bağlı araşdırmalara başlanılıb.
Tacxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, mütəxəssislər dərmanın tərkibindəki aktiv maddənin beyni məhv etdiyini irəli sürüblər.
Artıq məsələ ilə bağlı Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) araşdırmalara başlayıb.
Agentlik mövcud sübutları nəzərdən keçirdiklərini və araşdırma nəticəsində psevdoefedrin dərmanları ilə bağlı qaydaların dəyişdirilməsinin lazım olub-olmamasına qərar verəcəklərini bildiriblər.