• 25 Noyabr 2024 16:02

Budur cəmiyyətə nümunə olaraq təqdim etdiyiniz Bəxtiyar Hacıyev? – Xalq “qəhrəmanını” tanımalıdır!

 

Hər bir vətəndaş öz sahəsi üzrə nümunəvi olmağa çalışmalıdır. Xüsusilə özünün müxalifətdə olduğunu bildirən şəxs daha çox diqqətli olmalı, cəmiyyətə mayak olmalıdır. Üstəlik xaricdə təhsil alasan… Söhbət Bəxtiyar Hacıyevdən gedir.

Qanunsuz həbs edildiyini bildirir, ona görə də aclıq aksiyası keçirir, düşünür ki, bununla məhkəmə orqanlarına təsir edə bilər. Öz seçimidir, qohumu Talıb Tale demiş, nə edirsə, özünə edir. Amma məsələ başqadır. Həbs edildiyi ilk günlərdə yayılan səsyazısı, görüntülər onun sağlam müxalifətçi olmadığını ortaya qoydu. Bir neçə gündür, yayılan fotolar, səsyazıları Bəxtiyar Hacıyevin, sözün həqiqi mənasında, kimliyini ortaya qoydu. Yazılanlara inansaq, bunun fəaliyyəti elə qızlarla bağlı imiş. Necə düşünürsüz, fotoları, videoları dostlarına göndərməklə qızların “hüquqlarını” qoruyurmuş? Əxlaqi cəhətdən nə dərəcədə doğru addımdır? Hüquqlarını “qoruduğu” qadınları zərbə altında qoyub. Doğrusu, internetdə belə şeylərə məhdudiyyət qoymaq da mümkün deyil. “Şəxsi həyatdır” deyib keçmək olmaz, Bəxtiyar ictimai şəxsdir, hətta fotoları dostlarına özünün göndərdiyi bildirilir. Söz tapmaq olmur… Ən azı ictimai qınaq olmalıdır, xalq bilməlidir, Bəxtiyar Hacıyev kimdir… İntim işlərə baxırsa, başqa məsələ…

Bu əməlləri hökuməti dəstəkləyən hansısa şəxs etsəydi, indi linç etmişdilər. Müxalifyönlü olmaq sərhədsiz olmaq demək deyil! Bütün bunlara baxmayaraq, Bəxtiyarın “mübariz” obrazını yaratmağa çalışırlar. Olmaz, cənablar, olmaz! Budur cəmiyyətə nümunə olaraq təqdim etdiyiniz Bəxtiyar Hacıyev? Xalq “qəhrəmanlarını” tanımalıdır. Demokratiya uğrunda fəaliyyəti belə şəxslərlə gözdən salmaq olmaz. Bəxtiyar Hacıyevkimilər hakimiyyətə də iddia edirlər, belələrində liderlik keyfiyyətləri varmı? Xalq belələrinə lazımınca qiymət verib, Bəxtiyar ona görə indi müdafiəsiz qalıb. Aclığı əlində bayraq edib, azadlığa çıxmaq istəyir, məhkəmələr də geri çəkilmək niyyətində deyil. Özü də yanlışlığa yol verdiyini bilməmiş deyil. Bəxtiyar Hacıyev gec-tez azadlığa buraxılacaq, amma əvvəlki inamı bərpa edə bilməyəcək, bitib artıq… Kənan Mirzəyev

Tacxeber.com

Oxşar xəbərlər