Türkiyədə təhlükəsizlik qüvvələri Qaziantep vilayətinin Nurdağı rayonunun bələdiyyə sədri Ökkeş Kavakı saxlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Bələdiyyə sədrindən başqa onlarla evin tikintisi üzrə podratçı şirkətlərin rəhbərləri və şəhər şurasının üzvü Yunus Kaya da saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onun Nurdağanın bələdiyyə sədrinin qardaşına məxsus şirkətlə ortaq layihələri olub.
Qaziantep vilayətində evlərin tikintisi zamanı yol verilən qanun pozuntuları ilə bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 22 nəfər saxlanılıb, 80 nəfər barəsində həbs qərarı çıxarılıb.
Xatırladaq ki, Nurdağı zəlzələ nəticəsində demək olar ki, tamamilə dağılıb.