• 22 Noyabr 2024 21:39

“Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq”

 

“Şuşa sakinləri Azərbaycanın 58 rayonunda məskunlaşıb. İcra hakimiyyəti olaraq onların məsələləri ilə məşğuluq. Əzəldən necə işləmişik yenə də davam edirik. Əhalimiz Şuşaya qayıdanda Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq. Azərbaycanın bütün icra strukturları da əsgər kimi vəzifələrini icra edəcəklər”.

Tacxeber.com xəbər verir ki, bunu Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rəhbərlik etdiyi qurumun gələcək fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirən zaman deyib.

B.Səfərov icra hakimiyyətinin hazırda Bakıda fəaliyyətini davam etdirdiyini bildirib.

İcra başçısı Şuşaya sonunca dəfə getməsi ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, istədiyi vaxt Şuşaya gedə bilib:

“Sonuncu dəfə 3 ay əvvəl Şuşada olmuşam”.

Qeyd edək ki, B.Səfərovun Şuşaya buraxılmaması və onun hələdə Şuşaya getməməsi ilə bağlı mətbuatda məlumatlar yayımlanıb.

Tacxeber.com

Oxşar xəbərlər