“Qadın həyat yoldaşıyla danışmayanda, dünyadan küsür” Gündəm Şou 26 Fevral 2023 14:25 116 “Kişi qadından diqqət-qayğı görərsə, hər gün onun üçün bayramdır. Eləcə də qadın, qayğı görəndə, gün onun üçün bayram olur”. Bu sözləri Xalq artisti Gülyanaq Məmmədova “7 Canlı” verilişində deyib. Sevgidən danışan müğənni bunları əlavə edib: “Mirzə dayı deyir, “Dünyadan küsürəm, səndən küsəndə”. Qadın ömür-gün yoldaşından küsəndə, danışmayanda, sanki dünyadan küsür”. Qeyd edək ki, G.Məmmədova Ziya adlı bəylə ailəlidir. Cütlüyün 4 övladı var. Tacxeber.com