Rumıniya məclisinin üzvü Alberto-losif Karaian onlayn iclasa hamamdan qoşulub.
Tacxeber.com İHA-ya istinadla xəbər verir ki, kameranın açıq olduğunun fərqinə varmayan millət vəkili bir müddət çılpaq görülüb.
Həmkarlarının gülməsindən sonra vəziyyətdən xəbərdar olan Karaian kameranı söndürməyə çalışıb. Cəhdləri uğursuz olan deputat daha sonra üzr istəməyə başlayıb.
“Söndürə bilmirəm. Çox üzr istəyirəm. Çox pis soyuqlamışam, iclasdan necə ayrılacağımı bilmirəm”,- deyə o söyləyib.
Onlayn iclasdan çıxan deputat daha sonra geyinərək, yenidən cilasa qoşulub.