• 23 Noyabr 2024 04:16

Zəlzələdən sonra heyvanların satışı ARTIB – Əsas da…

 

Episentri Kahramanmaraş olan 11 vilayətdə baş verən zəlzələlərdən sonra quşların satışında ciddi artım müşahidə olunub.

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələlərdən əvvəl heyvanların qəribə davranışlar sərgilədiyi iddiaları yenidən gündəmə gəlib və bəzi elm adamlarının heyvanların zəlzələdən saniyələr və ya dəqiqələr əvvəl onu hiss edə bildiyinə dair açıqlamaları heyvan satışını artırıb.

Bildirilib ki, pişik və itlərin satışında, eləcə də petshoplarda quş satışında artım var. Petshop sahibi Songül Üstündağ, “Zəlzələ ilə heyvanların nə qədər dəyərli olduğunu anladıq” deyib. Onun sözlərinə görə, zəlzələdən əvvəl quş satışı aşağı olub, indi isə həddindən artıq tələbat var.

Bəzi vətəndaşların zəlzələdən əvvəl quşların həddindən artıq səs-küy saldığını və narahat olduqlarını ifadə edən Üstündağ belə deyir: “Bəzi müştərilərimiz gəldi. Deyirdilər ki, zəlzələdən əvvəl quşlar uçur, zəlzələnin olacağını hiss edirdilər. Ona görə də hazırda quşlara həddindən artıq tələbat var. Ən azı üç dəqiqə əvvəl xəbərdarlıq etdiklərini deyirlər. Bu, insanların üç dəqiqəyə evdən qaçması deməkdir. Bu, çox uzun müddətdir”.

Üstündağ vurğulayıb ki, bəzi müştərilərin zəlzələdən əvvəl pişiklərin həddindən artıq əsəbi olduğunu, miyovlandığını və özlərini döydüyünü söyləyirlər:

“Heyvanların nə qədər qiymətli olduğunu anladıq. Biz görürük ki, onlar insanlarla iç-içədir, onları qoruyurlar. Zəlzələ bölgəsindən də belə xəbərlər alırıq. Bəzi heyvanların zəlzələdən sonra yerlərini göstərdiyi barədə məlumatlar var”.

Tacxeber.com

Oxşar xəbərlər